TƏBİB: "Yanğında yaralanan yoxdur"

      TƏBİB:    "Yanğında yaralanan yoxdur"
  20 Aprel 2024    Oxunub:969
Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bu barədə AzVision.az-a TƏBİB-dən bildirilib.

* * *

18:49
Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğının baş verməsi barədə saat 16:36 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

AzVision.az


Teqlər: hadisə   yanğın   TƏBİB  





Xəbər lenti