Bakıda hoteldə yanğın söndürülüb - YENİLƏNİB
![Bakıda hoteldə yanğın söndürülüb - YENİLƏNİB Bakıda hoteldə yanğın söndürülüb - YENİLƏNİB](https://azvision.az/photos/2024/04/19489-1713625609.jpg)
* * *
19:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək
AzVision.az