KXDR yenidən Cənubi Koreyaya tullantı göndərib

   KXDR yenidən Cənubi Koreyaya tullantı göndərib
  08 İyun 2024    Oxunub:805
Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreya tərəfə yenidən hava balonları ilə tullantı bağlamaları göndərilib.
AzVision.az Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik sərhəd zonada yaşayanlara, habelə küləyin təsiri ilə hava şarlarının cənub istiqamətində hərəkət ehtimalını nəzərə alaraq paytaxt Seul və ətrafındakı sakinlərə balonlara və zibil torbalarına toxunmamağı tövsiyə edib.

Bildirilir ki, mayın 28-dən bəri təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton tullantı göndərilib.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.

AzVision.az



Teqlər:





Xəbər lenti