Kanevskiyə xərçəng diaqnozu qoyulub

Kanevskiyə xərçəng diaqnozu qoyulub
  09 İyul 2024    Oxunub:2029
Rusiyanın 85 yaşlı məşhur teleaparıcısı Leonid Kanevskiyə bədxassəli şiş diaqnozu qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

"Həkimlər müayinə zamanı məşhur aparıcıda xərçəng aşkarlayıblar. O, həmçinin çanaq nahiyəsində ağrılardan şikayətlənib", - "Mash" yazıb.

Qeyd edilir ki, aşkarlanan şiş əslində aparıcının sağlamlığına ciddi təhlükə törətmir deyə cərrahi əməliyyatla götürülməyib. Həkimlər də aktyorun yaşına görə əməliyyat etməkdən çəkinirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti