Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
  30 Sentyabr 2024    Oxunub:568
Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana səfər edəcək.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında, eləcə də Avrasiya İqtisadi Forumunun plenar sessiyasında iştirak edəcək.

Hökumətlərarası şuranın iclasında ölkələr arasında sənaye əməkdaşlığının əsas istiqamətləri nəzərdən keçiriləcək. Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini də nəzərdən keçirəcəklər.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərir. Birliyin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   MixailMişustin  





Xəbər lenti