Kamran Əliyev gürcüstanlı həmkarı ilə görüşdü

Kamran Əliyev gürcüstanlı həmkarı ilə görüşdü
  30 Sentyabr 2024    Oxunub:546
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev gürcüstanlı həmkarı Giorgi Qabitaşvilini cari il noyabrın 15-də BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə birlikdə (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, dəvət baş prokurorlar arasında Bakıda keçirilən görüş zamanı təqdim edilib.

Görüşdə Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Tbilisidə keçirilən 27-ci İllik Konfransı və Ümumi Yığıncağında iştirakı zamanı keçirilmiş görüşlərin iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayaraq BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsinin mövcud münasibətləri daha da gücləndirəcəyini qeyd edib:

"COP29 dünyanın qorunmasına, qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılmasına böyük töhfə verəcək".

Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili prokurorluq orqanlarında həyata keçirilən islahatları və iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti