Salyan şosesində aparılan təmir bitib

Salyan şosesində aparılan təmir bitib
  02 Oktyabr 2024    Oxunub:893
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şosesində apardığı təmir işlərini yekunlaşdırıb.
Təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5.33 km uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.

Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem aradan qaldırılıb.

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kv.metrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.

Asfaltlanma işlərinin ardınca ərazidə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.

Hazırda sözügedən şose müasir görkəmdə vətəndaşların istifadəsindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti