Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  02 Oktyabr 2024    Oxunub:742
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Arorat Mirzoyana cavab verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, XİN sözçüsü məsələ ilə bağlı “X” hesabında paylaşım edib.

O paylaşımda bildirib ki, A. Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A. Hacızadə eyni zamanda qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

Belə ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.

AzVision.az



Teqlər:





Xəbər lenti