Cəbrayılda ilk dərs günü - FOTOLAR

 Cəbrayılda ilk dərs günü -    FOTOLAR
  09 Oktyabr 2024    Oxunub:389
Bu gün Cəbrayılda ilk dərs günüdür.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb.



Tədrisin başlaması ilə əlaqədar keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər, məktəb kollektivi, Cəbrayıl şəhər sakinləri iştirak edirlər.



Məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.























AzVision.az





Teqlər:





Xəbər lenti