Trampa qarşı 3-cü sui-qəsd cəhdinin qarşısı alınıb

   Trampa qarşı 3-cü sui-qəsd cəhdinin qarşısı alınıb
  14 Oktyabr 2024    Oxunub:422
Kaliforniya ştatının polisi respublikaçılarım prezidentliyə namizədi Donald Trampa qarşı üçüncü sui-qəsdin qarşısını aldığını bildirib.
AzVision.az xəbər verir ki, Kaliforniya polisi şənbə günü Koaçellada Trampın mitinqi qarşısında bir neçə qanunsuz odlu silah olan şəxsi həbs edib.

Saxlanılan Vem Millerin “İnstaqram” hesabında deyilir ki, o, Respublikaçılar Partiyasının qurultayında Donald Trampın oğluna yaxınlaşaraq məşhur mühafizəkarlarla fotolar çəkdirib.

“Biz çox güman ki, daha bir qətl cəhdinin qarşısını aldıq”, - almışıq Riversayd dairəsinin şerifi Çad Byanko SCNG nəşrinə deyib.

49yaşlı Las-Veqas sakini, sürücü Vem Miller ABŞ prezidentliyinə namizəd Donald Trampın Koaçellada mitinqinin keçirildiyi yerin yaxınlığında saxlanılıb. Onun qanunsuz olaraq ov tüfəngi, dolu tapança və yüksək tutumlu klips saxladığı müəyyən edilib.

“KTLA” telekanalının məlumatına görə, Miller saxta buraxılış vəsiqəsindən istifadə edərək tədbirə daxil olmağa çalışıb. Polis tərəfindən saxlanılan Vem Miller nəzarətə Con J. Benua təcridxanasına yerləşdirilib.

Bayden: “Trampı göz bəbəyi kimi qoruyun”
Maraqlıdır ki, bir neçə gün əvvəl “The Waşinqton Post (WP) qəzeti Donald Trampın seçki qərargahının İrandan gələn təhdidlə əlaqədar hərbi təyyarə və texnika verilməsini, habelə onun evləri və keçirdiyi mitinqlər üzərində uçuşlara məhdudiyyətlər qoyulmasını tələb etdiyini yazmışdı. Buna cavab olaraq, ABŞ prezidenti Co Bayden ölkənin Müdafiə nazirliyinə respublikaçı namizədin təhlükəsizliyini indiki dövlət başçısının səviyyəsində təmin etməyə kömək göstərməyi tapşırıb.

Xatırladaq ki, respublikaçıların prezidentliyə namizədi, ABŞ-nin keçmiş lideri Donald Trampa qarşı seçkiqabağı kampaniya çərçivəsində artıq iki dəfə sui-qəsd cəhdi olub. Bunlardan biri iyulun 15-də, digəri isə sentyabrın 15-də baş verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   sui-qəsd  





Xəbər lenti