İran XİN rəhbəri husilərin nümayəndəsi ilə görüşüb - VİDEO

İran XİN rəhbəri husilərin nümayəndəsi ilə görüşüb -    VİDEO
  14 Oktyabr 2024    Oxunub:435
İranın xarici işlər naziri Abbas Əraqçi Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror təşkilatının ali nümayəndəsi Məhəmməd Əbdüssəlamla görüş keçirib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş Omanın paytaxtı Məsqət şəhərində baş tutub. Tərəflər qarşılıqlı əlaqələr ətrafında müzakirələr aparıblar.

Əraqçi həmçinin Bağdada yollanaraq, İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şia Əs-Sudani və həmkarı Fuad Hüseynlə görüşüb. Danışıqlar zamanı əsasən İsrailin Livanda "Hizbullah"a qarşı başlatdığı quru əməliyyatının, habelə Qəzza zolağında müharibənin cari vəziyyəti qiymətləndirilib.

İsrail İrana məxsus xəstəxananı bombalayıb - VİDEO

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Münaqişə fonunda Livanda 1,2 milyon insan öz yurd-yuvasından didərgin düşərək təhlükəsiz ərazilərə sığınmağa məcbur qalıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   husilər   İsrail   münaqişə   danışıqlar  





Xəbər lenti