İsrail "Hizbullah"a aid 200 hədəfi vurub

 İsrail "Hizbullah"a aid  200 hədəfi vurub
  14 Oktyabr 2024    Oxunub:882
İsrail aviasiyası sutka ərzində Livanda "Hizbullah" hərəkatının hədəflərinə 200 zərbə endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

"Hizbullah" İsrailin donanma bazasına zərbə endirib
Bildirilib ki, zərbələrin hədəfləri raket qurğuları, tank əleyhinə raketlərin buraxılması üçün qurulmuş mövqelər, silah və sursat anbarları olub. Məlumatda Livanın cənubunda başladılmış “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” davam edəcəyi də bildirilir.

Qeyd edək ki, bundan öncə səhər saatlarında "Hizbullah" İsrail Hərbi Dəniz Qüvvələrinin Hayfanın şimal-qərbindəki bazasına raket hücumu təşkil etməsi barədə məlumat yaymışdı.

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Hizbullah  





Xəbər lenti