İqtisadiyyat üzrə "Nobel" mükafatının qalibləri müəyyənləşib
Laureatlar Massaçusets Texnologiya İnstitutunun iki professoru: ABŞ-də yaşayan Türkiyə ermənisi, iqtisadçı Daron Əcəmoğlu, ingilisəsilli Simon Conson və Çikaqo Universitetinin professoru, iqtisadçı, politoloq Ceyms Robinsondur.
Onlar bu müfakata "qurumların necə formalaşdığı və tərəqqiyə necə təsir göstərdiyinə dair tədqiqatlar"a görə layiq görülüblər.
Mükafatın məbləği 1,1 milyon ABŞ dollarıdır.
Firudin Həmidli
AzVision.az
Teqlər: Nobel mükafat iqtisadiyyat