İsveçdə Quranı yandıran şəxsin məhkəməsi başlayıb

   İsveçdə Quranı    yandıran    şəxsin məhkəməsi başlayıb
  15 Oktyabr 2024    Oxunub:453
İsveçdə Qurani-Kərimi yandırmaqla tanınan qalmaqallı vəkil Rasmus Paludanın məhkəmə prosesi keçirirlir.
AzVision.az xəbər verir ki, bununla bağlı məumat yayan İsveçin “Aftonbladet Direkt” nəşri İsveçin 2022-ci ilin aprel və sentyabr aylarında Türkiyə səfirliyi yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandıran Paludana qarşı iki ittiham irəli sürdüyünü xatırladıb.

Paludan, habelə Stokholmda da Quranı yandırıb, lakin dünən 14-də başlayan məhkəmə prosesinin bu hadisəyə aidiyyəti yoxdur.

“Paludan ötən ildən İsveçə getməkdən imtina edib və buna səbəb kimi öz təhlükəsizliyini bildirib. Ona görə də o, məhkəməyə distant qaydada uzaqdan qatılacaq”, - nəşr bildirib.

Qeyd edək ki, Rasmus Paludan Türkiyəyə qarşı təxribat xarakterli hərəkətləri ilə tanınan Danimarkanın ifrat sağçı “Hardline (Sərt kurs)” partiyasının lideridir. Medianın məlumatına görə, Paludana ən azı bir belə aksiyanın təşkilinə Rusiyanın RT kanalının törəmə şirkəti ilə əməkdaşlıq edən isveçli jurnalist Çanq Frik köməklik göstərib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsveç   Quran   məhkəmə  





Xəbər lenti