ABŞ-nin adları açıqlanmayan hökumət nümayəndələri qəzetə açıqlamada bildiriblər ki, Netanyahu danışıq əsnasında Baydenə "yalnız hərbi obyektlərə zərbə endirəcəklərini" söyləyib.
"The Wall Street Journal" da öz xəbərində vurğulayır ki, İsrailin bu vədi ölkələrin müdafiə nazirlərinin: Yoav Qallant və Lloyd Ostinin də telefon söhbətində əsnasında dilə gətirilib.
Müharibəyə "Yaxın" Şərq |
Xatırladaq ki, oktyabrın 1-də "Hizbullah" lideri Həsən Nəsrullahın Beyrutda aviazərbə nəticəsində öldürülməsinə cavabən İrandan İsrailin əsasən hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb. ABŞ-nin "Axios" xəbər saytı yazır ki, İsrail bu hücuma qarşı cavab əməliyyatı hazırlayır. Öz növbəsində, İsrailin bir sıra hökumət rəsmisi, o cümlədən müxalifət lideri Yair Lapid diqqətə çatdırıb ki, "İran hücuma görə ciddi və ağır cavab verəcək".
Firudin Həmidli
AzVision.az