Kiyev ittihamları təkzib edir

   Kiyev ittihamları təkzib edir
  15 Oktyabr 2024    Oxunub:373
Ukrayna Malidəki üsyançılara PUA-ların çatdırılmasında Kiyevin iştirakı ilə bağlı bəzi beynəlxalq media qurumlarının yaydığı ittihamları qəti şəkildə rədd edir.
AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər nazirliyinin şərhində belə deyilir.

“Biz, həmçinin vaxtaşırı Mali Respublikası və Niger Respublikası rəsmilərindən Ukraynanın “terrorçularla əməkdaşlıqda”, “terrorçuları silahla təmin etməkdə və onlara məlumat verməkdə”, “Ukraynanın terror koalisiyasını dəstəkləməkdə” və sairlə bağlı ittihamları qəti şəkildə rədd edirik” , - Ukrayna XİN-i vurğulayıb.

Nazirlik xatırladıb ki, bu ilin 5 və 8 avqust tarixli bəyanatlarında artıq bu cür ittihamları təkzib edərək, Mali və Nigerin “uzaq və əsassız fərziyyələr nəticəsində Ukrayna ilə diplomatik münasibətləri kəsmək” qərarına görə təəssüfləndiyini bildirib.

“Bu kontekstdə, biz, həmçinin Rusiya Federasiyasının davam edən silahlı təcavüzünə qarşı müttəfiqləri tərəfindən Ukraynaya verolən silah və hərbi texnikanın Sahel bölgəsinə daxil olmasında dövlətimizin iştirakı ilə bağlı Ukraynaya qarşı bütün ittihamları rədd edirik. İki il yarımdan çox davam edən Rusiya işğalı ərzində Qərb tərəfdaşları dövlətimizə verilən silah və hərbi texnikadan sui-istifadə halları aşkarlamayıblar. Mali və Niger hökumətlərinin Ukraynaya qarşı əsassız ittihamları kontekstində sizi yalan məlumat yaymağı dayandırmağa çağırırıq”, - rəsmi Kiyev məsələ ilə bağlı öz qəti mövqeyini bəzi media resurslarına çatdırıb.

Xatırladaq ki, oktyabrın 13-də Fransanın “Le Monde” qəzetində Ukraynanın Malinin şimalındakı üsyançıları dəstəklədiyini iddia edən məqalə dərc olunub. Xüsusilə, 2024-cü ilin yayından etibarən CSP (Cadre strategique permanent) hərəkatından olan tuareq üsyançılarının Ukrayna PUA-larından istifadə etdiyi göstərilir.

CSP rəsmilərinin iddiasına görə, oktyabrın 4-də kiçik pilotsuz təyyarələr Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin Timbuktu bölgəsində yerləşən Qundamdakı hərbi düşərgəsinə hücumu nəticəsində etdi. azı doqquz rus muzdlusu öldürülüb. Sentyabr ayında eyni düşərgəyə və bölgədəki digər hədəflərə oxşar hücumlar həyata keçirilib.

Qruplaşmanın komandirlərindən biri PUA-ların əsasən Malidəki Vaqner qüvvələrini hədəf almaq üçün istifadə olunduğunu bildirib. Eyni zamanda, pilotsuz təyyarələrin Ukrayna mənşəli olduğunu inkar edən üsyançı liderlər, onların Liviyada qara bazardan alındığını deyirlər.

Yeri gəlmişkən, üç gün əvvəl Malidəki islamçılarla döyüşdə “Vaqner”in 9-cu hücum dəstəsinin komandiri “Matykl” ləqəbli Mixail Prixodkonun öldürüldüyü bildirilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Mali   Ukrayna   PUA-lar  





Xəbər lenti