"Putin Ukraynaya Baydenə görə girdi!" - Tramp

   "Putin Ukraynaya Baydenə görə girdi!"    - Tramp
  15 Oktyabr 2024    Oxunub:365
ABŞ-nin Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp maraqlı açıqlama verib.
"The Telegraph”ın yaydığı məlumata görə, o, Pensilvaniyanın şərqindəki Oaks şəhərində keçirilən tədbirdə çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə anlaşa bildiyini iddia edib.

Tramp: “Daxili düşmənlər xarici düşmənlərdən daha təhlükəlidir”
Nəşr yazıb ki, siyasətçi Rusiya rəhbəri ilə yaxşı münasibətlərinin olması barədə yayılan məlumatları təsdiqləyib. Tramp bildirib ki, onun prezidentliyi dövründə Ukrayna işğalı heç vaxt baş verməzdi.

O, tərəfdarlarına deyib: “Mən Putinlə çox yaxşı anlaşıram!".

ABŞ prezidentliyinə namizəd Putinin illər öncə verdiyi işğal qərarından, Ukrayna məsələsinə yanaşmasından da danışıb.

“Bu onun gözünün "bəbəyi" sayılırdı. O, bu barədə söz açırdı. Amma mən Putinə bunu etməyəcəyini demişdim”, - siyasətçiq eyd edib.

Tramp onu da əminliklə bildirib ki, Putin bu işğala yalnız hazırkı prezident Cozef Baydenə görə gedib. ABŞ-nin keçmiş prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə də yaxşı münasibətdə olduğunu bildirib. Tramp prezident seçiləcəyi təqdirdə Şərqi Avropada müharibəyə son qoyacağına söz verib: "Bayden münaqişənin həlli istiqamətində heç nə etmir. O, bir ildən çoxdur ki, Putinlə belə danışmayıb. Bu, artıq bitməli olan bir münaqişədir və mən bu müharibəni bitirəcəyəm... Ən azından buna cəhd edəcəyəm. Prezident seçilsəm, Ukrayna müharibəsini dayandırmağa çalışacağam. İstəyirəm ki, insanlar müharbəyə görə ölməsinlər".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Putin   Ukrayna  





Xəbər lenti