Qeyd edilib ki, İrana qarşı əməliyyatların gedişi ilə bağlı tam razılıq əldə olunub. Məqalədə oda vurğulanıb ki, rəsmilər digər məsələlərlə yanaşı, cavab zərbəsinin gücü də nəzərdən keçirilib: “Lakin əməliyyat hələ də Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir”.
Netanyahu: "İranın hərbi obyektlərini vuracağıq" |
Oktyabrın 1-də İran tarixdə ikinci dəfə olaraq ballistik raketlərlə İsrailə hücum etdi. Ümumilikdə 180-ə yaxın raket atılıb. İsrail ordusu raketlərin əksəriyyətini havada zərərsizləşdirməyə nail olunub. İranın hücumunun səbəbi Təl-Əvivin Fələstinin "HƏMAS" və Livanın "Hizbullah" hərəkatlarına qarşı apardığı əməliyyatlar olub.
Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İrana qəfil hücuma hazırlaşdığını bəyan etsə də, bu reallaşmayıb. O, cavab atəşinin "son dərəcə dəqiq" və dağıdıcı olacağına söz verib.
Tural Tağıyev
AzVision.az