Siyarto: “Yekdilik prinsipindən imtina Avropa İttifaqını məhv edəcək”

      Siyarto:    “Yekdilik prinsipindən imtina Avropa İttifaqını məhv edəcək”
  15 Oktyabr 2024    Oxunub:735
"Macarıstan Avropa İttifaqında mühüm siyasi qərarlar qəbul edərkən konsensus prinsipinin qorunmasının tərəfdarıdır və hesab edir ki, ondan imtina cəmiyyətin parçalanmasına gətirib çıxaracaq".
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Lüksemburqda Albaniyanın Avropa İttifaqına(Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

Politico: “Budapeşt Ukraynaya yardımı pozmaq istəyir”
Macarıstanın Avropa İttifaqında veto hüququndan imtina etmək niyyətində olub-olmaması ilə bağlı suala nazir belə cavab verib: “Yekdilik prinsipindən imtina Avropa İttifaqını məhv edəcək”.

O qeyd edib ki, belə olan halda, Aİ-də qərarlar yalnız böyük dövlətlərin iradəsi ilə qəbul ediləcək və onların kiçik tərəfdaşlarının rolu əhəmiyyətli dərəcədə azalacaq.

Qeyd edək ki, Macarıstan son illərdə Ukrayna münaqişəsi və miqrasiya kimi məsələlərlə bağlı Aİ-nin qərarlarını dəfələrlə bloklayıb. Bu davranışlar Brüsseldə və digər Avropa paytaxtlarında hədsiz narazılığa səbəb olur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Macarıstan    





Xəbər lenti