Türkiyədə güclü zəlzələdən sonra 3 bina dağılıb
Bildirilib ki, binaların dağılması hadisəsi Malatya, Elazığ və Şanlıurfada qeydə alınıb.
"Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra AFAD və bizim əlaqədar qurumlarımız Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində vəziyyəti yerində araşdırmağa davam edirlər. Ümumilikdə üç binada qismən çökmə baş verib. Tələfat yoxdur”, - daxili işlər naziri X-də yazıb.
Qeyd edək ki, bu gün Fövqəladə Halların İdarə Olunması Agentlik (AFAD) Türkiyədə 6 bal gücündə zəlzələ olması barədə məlumat yayıb. Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Tural Tağıyev
AzVision.az