Hakan Fidan: “Fələstin dövlətinin yaradılması İsrailin xeyrinədir”

      Hakan Fidan:    “Fələstin dövlətinin yaradılması İsrailin xeyrinədir”
  16 Oktyabr 2024    Oxunub:837
İki dövlətlin yaradılması qərarı Fələstin və İsrailin təhlükəsizliyinin təminatında böyük əhəmiyyət kəsb edir.
AzVision.az xəbər verir ki, belə bəyanatla çıxış edən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan son 20 ildə İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin iki dövlətli həll planını unutdurmaq üçün sistemli şəkildə müharibə apardığını vurğulayıb.

“Bölgədəki İsrail xalqına sual verəndə deyirlər ki, bu hüquq Fələstin xalqına verilməlidir. Keçən il ərzində biz dostlarımızla iki dövlətin yaradılması yolunda səylə işləmişik. Netanyahu isə son 20 ildir ki, iki dövlətli həll prosesini unutdurmaq üzərində çalışır. İki dövlət haqqında qərar həyata keçirilməsə, bu, regional böhranlara gətirib çıxaracaq. Biz bunu (qaçılmaz böhranı) hər zaman vurğulayırıq, lakin Netanyahu hökuməti fələstinliləri dövlət yaratmağa qoymaq fikrində deyil”, - Türkiyəli nazir deyib.

Hakan Fidan bildirib ki, İsrailin, onun xalqının və gələcək nəsillərinin təhlükəsizliyi üçün iki dövlətli həll lazımdır və bu, yeganə həll yoludur. Bu, yalnız fələstinlilər suverenlik əldə etdikdə baş verə bilər.

- Biz indi bütün beynəlxalq ictimaiyyətə müraciət edirik. Dostlarımız və beynəlxalq ictimaiyyət sayəsində BMT-yə üzv olan 150-dən çox ölkə Fələstin dövlətini tanımaq qərarına gəlib və Fələstin hazırda BMT-də təmsil olunur. Bu, tarixi nailiyyətdir”, - Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fidan   Fələstin   İsrail  





Xəbər lenti