Kamala Harris Baydenin kursundan imtina edir

   Kamala Harris  Baydenin kursundan  imtina edir
  17 Oktyabr 2024    Oxunub:812
ABŞ-nin indiki vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə, prezident Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Kamala Harris “Fox News” telekanalına müsahibəsində prezidentlik vəzxifəsinin icrası prosesinə yeni ideyalar gətirəcəyini iddia edib.

“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və prezidentliyə başlayan hər bir prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm. Baydendən fərqli olaraq, mənim karyeramın böyük hissəsi Vaşinqtonda keçməyib və mən yeni liderlər nəslini tımsil edirəm”, - Kamala Harris vurğulayıb.

Maraqlıdır ki, daha əvvəl “ABC” telekanalına verdiyi müsahibədə “Baydendən fərqli olaraq nə edərdiniz” sualının cavabında vitse-prezident bununla bağlı ağlıma heç nə gəlmədiyini bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   Bayden   kurs  





Xəbər lenti