ABŞ Yəməndə husilərin obyektlərinə zərbələr endirib
“Bu, yerin nə qədər dərinliyində olsalar da, düşmənlərimizin əlçatmaz olmağa çalışdıqları hədəflərə ABŞ-nin zərbə vurmaq qabiliyyətinin unikal nümayişi idi. Zərbə üçün “B-2 Spirit” bombardmançılarının istifadəsi ABŞ-nin istənilən vaxt, istənilən yerdə qlobal zərbə imkanlarını nümayiş etdirir”, - Lloyd Ostinin Müdafiə nazirliyinin saytında yerləşdirilən bəyanatında vurğulanır.
“Associated Press” agentliyi “B-2 Spirit” təyyarələrinin husilərin hədəflərinə hücum etmək üçün “çox nadir hallarda” istifadə olunduğunu yazıb. Yəmənin “Almasirah” telekanalı isə müxbirə istinadən xəbər verir ki, ABŞ Səadanın şərq ətraflarında Kəhlan və Əl-Əbla bölgələrinə hücum edib. Lakin telekanal dağıntılar və ölənlər barədə məlumat verməyib.
Sahil İsgəndərov
AzVision.az