NATO-nun qapıları Ukrayna üçün hələlik bağlıdır

NATO-nun qapıları Ukrayna üçün hələlik bağlıdır
  17 Oktyabr 2024    Oxunub:1310
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Ukraynanın yaxın gələcəkdə alyansa qəbul olunacağını istisna edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culiani Smit Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil ola bilməyəcəyini deyib.

“Biz indi alyansın qısa müddətdə dəvətin verilməsindən danışdığı mərhələdə deyilik. Lakin ötən yay NATO Ukraynaya bloka mütləq daxil olacağını vəd edib. Düşünürəm ki, NATO-nun bununla bağlı mövqeyi çox aydındır. Alyans üzvlüklə bağlı Kiyevlə danışıqları davam etdirəcək”, - “RBC Ukrayna” agentliyi xanım Smitdən sitat gətirir.

Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirəcəyini vurğulayan Culian Smit, eyni zamanda, Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələrə icazə verilməsi məsələsində Amerika tərəfinin mövqeyinin dəyişməz qaldığını xatırladıb.

Zelenski “qələbə planı” nı açıqlayıb
Qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenskinin Ali Radada təqdim etdiyi “qələbə planın”ın birinci bəndi ölkənin dərhal NATO-ya dəvətini nəzərdə tutur. Özü də nə vaxtsa yox, məhz indi. Çünki bu addım, Kiyevin tərəfdaşalrının Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini necə gördüklərini nümayiş etdirəcək. Culian Smitin bəyanatı kollektiv Qərbin bu məsələdə Ukraynanın yerinin harada olduğunu göstərdiklərinin, yəqin ki, ən bariz nümunəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   NATO   ABŞ  





Xəbər lenti