O həmçinin İsrailin hava hücumundan müdafiə sisteminin "İranın cavab tədbiri qarşısında gücsüz qalacağı" iddiasını irəli sürüb.
Keçən gün İranın xarici işlər naziri Abbas Əraqçi də Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş və fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında oxşar fikirləri səsləndirib.
"İran regionda sülh və təhlükəsizliyi qorumaq üçün hər cür səy göstərməklə yanaşı istənilən avantüralara qarşı qəti və ağır cavab verməyə də hazırdır", - o vurğulayıb.
Əraqçi: "İstənilən hücuma cavab verməyə hazırıq" |
Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.
Firudin Həmidli
AzVision.az