İsrail Livanda 150-dən çox hədəfi vurub

İsrail Livanda 150-dən çox hədəfi vurub
  17 Oktyabr 2024    Oxunub:1128
İsrail ordusu(TSAXAL) Livanda "Hizbullah" təşkilatının silahlı qüvvələrinə qarşı əməliyyatlarını davam etdirir.
Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri gün ərzində "Hizbullah"ın 150-dən çox hədəfinə, o cümlədən silah anbarları, raket buraxılış qurğuları və digər hərbi infrastrukturlarına hücum edib.

Livanda 750 minə yaxın insan evlərini tərk edib
"Bundan əlavə, aviasiya və quru bölmələrinin əməliyyatları nəticəsində “Hizbullah” silahlı birləşmələrinin 45-dən çox üzvü məhv edilib”, - məlumatda qeyd edilib.

Ordunun məlumatına görə, Livanın cənubunda havadan və qurudan zərbələr nəticəsində Bint Cibeil bölgəsindəki "Hizbullah" batalyonunun komandiri Hüseyn Məhəmməd Avada məhv edilib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu "Hizbullah" birləşmələrinə qarşı əməliyyata başlayıb. Sentyabrın 27-də Beyrutda "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah zərbə nəticəsində həlak olub. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti