Alman gəmisi Livanda naməlum PUA-nı vurub

 Alman gəmisi Livanda naməlum PUA-nı vurub
  17 Oktyabr 2024    Oxunub:1113
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir hissəsi kimi fəaliyyət göstərən Almaniyaya məxsus hərbi gəmi Livan sahilində pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Bu barədə Almaniyanın Müdafiə Nazirliyinin sözçüsü "Reuters"ə açıqlama verib.

"Hərbi gəmimiz naməlum PUA-nı vuraraq suya batırıb. Gəmiyə və ekipajına hər hansı ziyan dəyməyib", - sözçü bildirib.
İsrail hərbçiləri BMT qüvvələrinə atəş açıblar

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb. Bu əməliyyat zamanı okyabrın 10-da İsrail hərbçiləri Livanın cənubunda yerləşən 3 UNIFIL obyektini atəşə tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Livan   PUA  





Xəbər lenti