“Eyni zamanda, Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan kursundan ciddi narahatlığını bir daha bəyan edir” , - qərarda deyilir.
Avropa liderləri xatırladıblar ki, bu cür siyasi kurs “Gürcüstanın Avropa yolunu təhlükə altına alır və faktiki olaraq üzvlük prosesini dayandırır”. Onlar Gürcüstanı “Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar” qəbul etməyə çağırırlar.
- Aİ Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin beynəlxalq standartlara uyğun, beynəlxalq və yerli seçki müşahidəçilərinin maneəsiz çıxışı ilə azad və ədalətli olacağına ümid edir”, - bəyanatda vurğulanır.
Aİ Moldovada və Gürcüstanda seçkilərin nəticələrini gözləyir |
Qeyd edək ki, bundan əvvəl Tbilisinin siyasətindən narazı olan AP-nin deputatları “Gürcüstanda demokratiyadan geri çəkilmə və siyasi plüralizmə təhdidlər haqqında” qətnamədə Aİ-ni Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Ötən ay Aİ hər il Gürcüstana ayırdığı 85 milyon avrodan çox maliyyə yardımını məhdudlaşdırıb.
Sahil İsgəndərov
AzVision.az