Ukraynanın XİN rəhbəri Türkiyəyə gedir
Ankaraya səfəri çərçivəsində SqibaTürkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və ticarət naziri Ömər Bolat ilə görüşəcək.
Görüşlər zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi qələbə planına, Ukraynanın NATO-ya inteqrasiyasına və Sülh Formulasına “xüsusi diqqət” ayrılacaq.
Andrey Sibiga həmçinin İstanbulda SAHA EXPO 2024 müdafiə-sənaye sərgisində iştirak edəcək və burada Türkiyənin müdafiə şirkətləri ilə görüşlər keçirəcək. Onun Türkiyənin Ukrayna və Krım tatar icmaları ilə də görüşü gözlənilir.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: