Baydenin köməkçisi Beyruta gedir

   Baydenin köməkçisi Beyruta gedir
  21 Oktyabr 2024    Oxunub:975
ABŞ Prezidentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi, xüsusi müşavir Emos Hokşteynin Livana səfəri gözlənilir.
Bu barədə "Reuters" agentliyinə hər iki ölkənin adı açıqlanmayan mənbələr məlumat veriblər. Bildirilir ki, Hokşteyn paytaxt Beyrutda bir sıra hökumət rəsmisi ilə görüşlər keçirəcək. Tərəflər İsrail və "Hizbullah" arasında atəşkəs danışıqları üzrə müzakirə aparacaqlar.

Digər tərəfdən, "Axios" xəbər saytı yazır ki, İsrail müharibəni diplomatik yolla başa çatdırmaq üçün özünün şərtləri ilə bağlı sənədi Vaşinqtona çatdırıb. Sənəddə həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Livanın hava məkanında sərbəst fəaliyyət göstərməsi tələbi irəli sürülüb. Adı çəkilməyən ABŞ hökumət nümayəndəsinin sözlərinə görə, "Livanın və beynəlxalq ictimaiyyətin bu şərtlərlə razılaşması çox çətindir".
NRC: "Suriyada yeni humanitar böhran baş qaldırır"

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, münaqişə nəticəsində Livan əhalisinin 20%-i didərgin düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Livan   İsrail   Hizbullah   münaqişə  





Xəbər lenti