Bu il yanğın və partlayışlar nəticəsində 62 nəfər ölüb

 Bu il yanğın və partlayışlar nəticəsində 62 nəfər ölüb
  31 Oktyabr 2024    Oxunub:703
2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.

2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib.Bu, 2023-ci ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4% çoxdur. Partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti