Elşən Verdiyev: Artıq COP29-la bağlı hazırlıq işləri başa çatdırılıb

   Elşən Verdiyev:    Artıq COP29-la bağlı hazırlıq işləri başa çatdırılıb
  01 Noyabr 2024    Oxunub:898
“Dövlət Sərhəd Xidməti COP29 tədbiri üçün qarşıya qoyulan bütün vəzifə və tapşırıqları yerinə yetirməyə tam hazırdır. Artıq COP29-la bağlı hazırlıq işləri başa çatdırılıb”.
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenat Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, texniki təchizat məsələləri yekunlaşıb:

“Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tam hazırdır. Bununla əlaqədar 28 oktyabr 2024-cü ildə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev beynəlxalq hava limanında vəziyyətlə yerində tanış olub. Tədbirin keçirilməsi ərəfəsində sərhəd nəzarətinin komandanlığının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib. Aidiyyatı üzrə tapşırıqlar verilib”.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti