ADY : Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir

       ADY       : Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir
  02 Noyabr 2024    Oxunub:912
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.
AzVision.az xəbər verir ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

“Təhlükəsizliyinizi qoruyun: ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın”, - ADY-dən bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti