Sərhədi pozan 65 nəfər saxlanılıb

   Sərhədi pozan 65 nəfər saxlanılıb
  04 Noyabr 2024    Oxunub:1091
Oktyabr ayı Azərbaycanın dövlət sərhədini pozan 65 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 65 nəfər saxlanılıb. Onların 22-i Pakistan, 13-ü Azərbaycan, 22-i Əfqanıstan, 3-ü Əlcəzair, 1-i İran, 1-i Mərakeş, 1-i Banqladeş, 1-i Türkiyə və 1-i Suriya vətəndaşı оlub.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 351 kiloqram 553 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 15 665 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Eyni zamanda qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 888 min 079 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər və tütün məmulatları saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti