"Azərbaycan Dəmir Yolları" sərnişindaşımanı 23 % artırıb

"Azərbaycan Dəmir Yolları" sərnişindaşımanı 23 % artırıb
  04 Noyabr 2024    Oxunub:581
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
AzVision.az bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, təkcə oktyabr ayında isə artım 24 % olub. 2023-cü ildə ADY ilk dəfə ildə 7 milyon sərnişin daşımağa nail olub.

AzVision.az


Teqlər:





Xəbər lenti