“Cross Media” məqsədini açıqladı

“Cross Media” məqsədini açıqladı
  04 Noyabr 2024    Oxunub:809
“2020-ci ildə II Qarabağ müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində əldə etdiyi zəfərlə Azərbaycan Respublikası regionda və dünyada yeni geosiyasi reallıq yaratdı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasət ölkəmizi Cənubi Qafqazda və dünyada lider mövqeyə çıxartmaqdadır”.
Bu sözləri yeni açılan “Crossmedia.az” analitik informasiya portalının baş redaktoru Mübariz Göyüşlü deyib. O bildirib ki, yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan, onun Prezidenti İlham Əliyevin fəaliyyəti və çıxışları nəinki ölkəmizdə və regionda, o cümlədən dünyada yaxından izlənilməkdədir: “Azərbaycanı sevən, onun uğurlarına sevinən hər kəs bundan fərəhlənir, düşmənlər və rəqiblər isə böhtan və qarayaxma ilə məşğul olurlar. Qəbul etdiyi qərarlar, atdığı addımlar, etdiyi çıxışlarla daim gündəmdə olan Azərbaycan Prezidenti İlham Əliyevin ciddi ideoloji-siyasi məna yükü daşıyan açıqlamalarını, tezis xarakterli fikirlərini təhlil etmək, yerli və xarici auditoriyaya çatdırmaq çox önəmlidir”.

Mübariz Göyüşlünün sözlərinə görə, “Cross Media” Analitik Qrupu və eyniadlı saytın redaksiyası birlikdə bu işə töhfə verməyə çalışacaq: “Azərbaycan Respublikasının ideoloji-siyasi əsaslarını, Prezident İlham Əliyevin fəaliyyətini təhlil etməyə, onu dolğun şəkildə oxucularımıza, izləyicilərimizə çatdırmağa çalışacağıq. Müzəffər Xalqın, onun Dövlətinin və Ali Baş Komandanının fəaliyyətinin təhlili, həssas və önəmli məqamlarının düzgün və doğlun şəkildə, operativ qaydada təbliği bizim fəaliyyətimizin əsası olacaq. Bu mövzunu özünə prioritet hesab edən hər kəslə, hər bir təşkilatla fəal şəkildə əməkdaşlıq etməyə hazırıq”.


Teqlər: Media  





Xəbər lenti