Yağış tıxaca səbəb olub
NİİM əməkdaşları müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarətdə saxlayır, sıxlıqların aradan qaldırılması məqsədilə yol polisi tərəfindən tədbirlər görülür.
Hazırda yollardakı vəziyyət:
1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
AzVision.az
Teqlər: