270 min kompüteri yoluxduran kiberqruplaşma ifşa edilib
Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycana məxsus kompüterlər olub.
Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.
Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.
Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.
AzVision.az
Teqlər: