Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə keçirilən görüşdə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti, “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan məsələlər barədə məlumat verilib.
Səfər çərçivəsində “ASAN xidmət” və burada tətbiq olunan innovativ həllərlə bağlı Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müzakirələr aparılıb.
Bundan başqa, qonaqlar Bakı və Şamaxıda yerləşən “ASAN xidmət” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar “ASAN xidmət”in, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olublar.
Səfərin yekunu olaraq tərəflər Anlaşma Memorandumunun icrası çərçivəsində 2025-2026-cı illər üzrə Birgə Əməkdaşlıq Proqramının hazırlanmasına dair razılığa gəliblər.
AzVision.az