Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb

      Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
  09 Dekabr 2024    Oxunub:891
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti