On bir ayda 17 mindən çox ailə boşanıb

On bir ayda 17 mindən çox ailə boşanıb
  17 Dekabr 2024    Oxunub:472
Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halları qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti