Bakıdan Aktauya həkim heyəti və tibbi avadanlıqlar göndərilib

  Bakıdan  Aktauya həkim heyəti və tibbi avadanlıqlar göndərilib
  25 Dekabr 2024    Oxunub:422
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.
Bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov mətbuat konfransında deyib. O qeyd edib: “Hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir”.

Bildirilib ki, Prezident İlham Əliyevin qərarına uyğun olaraq, hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib. Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb. Onlara xüsusi psixoloji dəstək göstəriləcək. Hadisənin araşdırılmasının nəticələri barədə yeni məlumatlar ictimaiyyətə təqdim ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti