İsrail ÜST rəhbərinin təyyarəsini vurub
“Sənaya uçuşumuzu gözləyərkən hava limanı İsrail hava hücumuna məruz qaldı. Bu hücum lazımsız ölüm, yaralanma, çaxnaşma, xaos və dağıntıya səbəb oldu. Dünyadakı müharibə zonalarında mülki əhalinin, yardım işçilərinin və səhiyyə işçilərinin üzləşdiyi artan təhlükəni bir daha xatırlatdı”, - Tedros Adhanom Gebreyesus vurğulayıb.
Hücum nəticəsində ÜST rəhbərinin təyyarəsinin ekipaj üzvlərindən biri də yaralanıb. İsrailin BMT-nin Cenevrədəki daimi nümayəndəliyi bu hava hücumu ilə bağlı şərh verməkdən imtina edib.
Sahil İsgəndərov
AzVision.az