Daha bir təyyarə Aktauda məcburi eniş etdi

Daha bir təyyarə Aktauda məcburi eniş etdi
  08 Yanvar 2025    Oxunub:365
“Almatı – Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus sərnişin təyyarəsi Aktau şəhərində məcburi eniş edib.
AzVision.az “tengrinews”a istinadən xəbərinə görə, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti