Ayxan Hacızadə Paşinyana cavab verib

   Ayxan Hacızadə Paşinyana cavab verib
  09 Yanvar 2025    Oxunub:344
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN sözçüsü sosial mediada paylaşım edib.

“Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınızın “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə iddialarından konstitusiyanız və milli qanunvericiliyiniz çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz?

Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz”, - paylaşımda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti