Ukraynanın dövlət borcu 7 trilyona çatdı
Bildirilib ki, Ukraynanın dövlət borcunun ÜDM-ə nisbəti 92% təşkil edib.
Dövlət borcunun strukturunda ən böyük hissəsini (96%) birbaşa dövlət borcları, qalan 4%-ni isə dövlət zəmanəti ilə borclar təşkil edir. Müqayisə üçün 2023-cü ildə dövlət borcu 5,5 trilyon qriven (129,7 milyard dollar) və ya ÜDM-in 84%-ni təşkil edib.
Belə ki, dövlət borcunun artması hərbi vəziyyət şəraitində büdcənin maliyyələşdirilməsi üçün tələb olunan əhəmiyyətli xarici və daxili borclar hesabına baş verib.
Həmçinin dövlət borcunun artmasının digər mühüm amili qrivenin məzənnəsinin dünyanın aparıcı valyutalarına nisbətən zəifləməsidir.
AzVision.az
Teqlər: