Azərbaycan səfirliyi Peruda uşaqları sevindirdi

Azərbaycan səfirliyi Peruda uşaqları sevindirdi
  11 Yanvar 2025    Oxunub:305
Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar keçirib.
Bu barədə AzVision.az -a Səfirlikdən bildirib. Təşəbbüs çərçivəsində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Xose Xeri ilə birgə Peru paytaxtının Praderas de Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına, həmçinin deputat, Rosangella Barbaranla birlikdə Villa El Salvador rayonunda yerləşən Peru - Valladolid 7237 Təhsil Müəssisəsindəki uşaqlara mərasim münasibətilə hədiyyələr təqdim edilib, bayram sevinci yaşadılıb.

Aksiyalar həmin regionların yerli hakimiyyəti və əhalisi tərəfindən alqışlanılıb, Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti