Makron nüfuzdan düşür
Sorğunun nəticələrinə görə, baş nazir Fransua Bayrunun reytinqi də 20% təşkil edir ki, bu da Makronun ikinci prezidentlik müddətinin başlamasından bəri səlahiyyət müddətinin əvvəlində hökumət başçısı üçün ən aşağı reytinqdir. Bayru eyni dövrdəki sələflərinin göstəricilərindən geri qalır. Belə ki, Qabriel Attalın populyarlığı funksiyalarının əvvəlində 37%, Mişel Barnyer 34% və Elizabet Born 27% səviyyəsində qiymətləndirilirdi.
Makronun prezidentliyə potensial varisləri sırasında Fransa Milli Assambleyasında “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen və həmin partiyanın sədri Jordan Bardella liderlik edirlər. Sol siyasi cinahın nümayəndələri arasında eks-prezident Fransua Oland dövlət başçısı vəzifəsinə əsas namizəd kimi göstərilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Makron reytinq tənəzzül