Ağazaryan: Paşinyan istefa verəcək

   Ağazaryan:    Paşinyan istefa verəcək
  14 Yanvar 2025    Oxunub:427
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan əmin edir ki, yaxın aylarda baş nazir istefa verəcək və ölkədə növbədənkənar seçkilər keçiriləcək.
AzVision.az xəbər verir ki, “Azadlıq Radiosu”nun erməni xidməti belə məlumat yayıb. Ötən ilin sonuna kimi Ermənistanın baş nazirinin komandasının tərkibində və güc dairələrində baş verənlərdən xəbərdar olan Ağazaryanını fikrincə, hazırkı xarici siyasət hadisələri vaxtından əvvəl seçkilərin hakimiyyətin maraqlarına cavab verməsi üçün şərait yaradır. Onun sözlərinə görə, indi Nikol Paşinyanın yenidən etimad mandatı almaq və öz planlarını təbliğ etmək şansı daha çoxdur.

“Bu hadisələr mövcuddur və həm də təkcə onlar deyil. Erkən seçkilərin keçirilməsinin başqa səbəbləri də var”, - erməni deputat iddia edib.

Ağazaryan Paşinyanın yaratdığı “Vətəndaş müqaviləsi” partiyasının ən yaşlı üzvlərindən biri və onun sadiq silahdaşı olub. “Azadlıq” radiosu xatırladır ki, Ağazaryan öz deputat mandatını təhvil vermək varədə Paşinyanın tələbini yerinə yetirməkdən imtina etdiyi üçün baş nazirin komandasından xaric olunub.

Məlumata görə, növbədənkənar seçkilərlə bağlı proqnozlar fonunda Ağazaryan öz partiyasını yaradır və hakimiyyəti öz əlinə almağa hazırlaşır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ağazaryan   Paşinyan   istefa  





Xəbər lenti