HƏMAS atəşkəs layihəsi ilə razılaşıb

   HƏMAS atəşkəs layihəsi ilə razılaşıb
  14 Yanvar 2025    Oxunub:391
Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında İsraillə atəşkəs və əsir mübadiləsinə dair saziş layihəsini təsdiqləyib.
Qətərdə baş tutan danışıqların adları gizli saxlanılan üç rəsmi iştirakçısı bu barədə "The Associated Press" agentliyinə məlumat verib. Onların sözlərinə görə, "hazırda yekun təfərrüatlar dəqiqləşdirilir".

"Layihə son təsdiq üçün İsrailin Nazirlər Kabinetinə veriləcək", - agentlik yazır.
Qətər XİN: "Qəzzada atəşkəsə çox yaxınıq"

Xatırladaq ki, İsrail və HƏMAS qruplaşması arasında atəşkəs, habelə əsir mübadiləsi danışıqları üzrə növbəti mərhələ dünən Qətərdə başlayıb. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da bu məsələyə dair "Newsmax" telekanalına müsahibəsində "sazişin bu həftənin sonunacan imzalana biləcəyini" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs  





Xəbər lenti